Ronaldo Portuqaliya millisinə çağırılıb
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının qarşıdakı oyunları üçün Portuqaliya millisinə çağırılıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Millətlər Liqası çərçivəsində Portuqaliya millisi iki oyun keçirəcək: sentyabrın 5-də Xorvatiya ilə, sentyabrın 8-də isə Şotlandiya ilə. Hər iki qarşılaşma Portuqaliyanın doğma meydanında baş tutacaq.
Portuqaliya millisinin tərkibində Ronaldo 2016-cı ilin Avropa çempionu olub, həmçinin Portuqaliyalıların Yunanıstana 0:1 hesabı ilə uduzduğu Avro 2004-ün finalında da iştirak edib.
2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da bildirildi. Portuqaliyalı hücumçu komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini pozduqdan sonra Səudiyyə Ərəbistanından kluba keçib.
Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.