Şəhriyar Məmmədyarov yerində sayıb, Teymur Rəcəbovsa...
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarınin yeni reytinq cədvəlini açıqlayıb. Top-100-də yer alan kişi şahmatçılarımızdan ən yaxşı mövqeyə malik olan Şəhriyar Məmmədyarovdur (2733) ki, o da əvvəlki kimi yenə də 17-ci olmaqla yerində sayıb. Yığmamızın iki liderindən biri olan Teymur Rəcəbovsa (2700) bir qədər irəliləməklə 31-ci olub. Ötən ay Top-100-u tərk edən Rauf Məmmədov isə yenidən yüzlüyə dönüb.
Kişilərin reytinq cədvəlində ilk üç yeri müvafiq ardıcıllıqla əvvəlki kimi, Maqnus Karlsen (Norveç, 2832), Xikaru Nakamura (ABŞ, 2802) və Fabiani Karuano (ABŞ, 2798) bölüşür.
Qadınlara gəlincə, yığmanın lideri Günay Məmmədzadə (2433) yenə də 33-cudur. Gövhər Beydullayeva (2395) 53, Xanım Balacayeva (2384) 62, Avropa çempionu Ülviyyə Fətəliyeva (2378) isə 68-ci yerdədir.
Qadınlar reytinq cədvəlində ilk üçlüyü çinli şahmatçılar tutur: Xoy İfan (2633), Tszyu Ventszyun (2563) və Tan Cjunu (2551).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.