ŞAHMAT
---------------------
AŞF 2023-cü ilin yekunlarını keçirib
Bu gün Abşeron Hotelinin "Khojasan" zalında Azərbaycan Şahmat Federasiyası (AŞF) 2023-cü ilin yekunlarına dair toplantı keçirildi. Toplantının əvvəlində Azərbaycan şahmatçılarının il ərzində iştirak edib medallar qazandıqları turnirlərdən bəhs edən videoçarx nümayiş etdirildi. Videoçarxda Heydər Əliyev ili adlandırılan 2023-cü ildə demək olar ki, Azərbaycan şahmatçılarının iştirak etdikləri bütün yarışlar öz əksini tapıb. Bura ilin əvvəlindən Qubada və Qaxda yeniyetmələr arasında təşkil edilən və 100 lövhədə keçirilən seans, Baku Open-2023, yayda Bakıda təşkil edilən Dünya Kuboku, Rumıniyada yeyniyetmələr arasında keçirilən və şahmatçılarımızın 7 (4-2-1) medal qazandığı Avropa Birinciliyi, İtaliyada 20 yaşlı şahmatçılar arasında rapid və blits üzrə baş tutan dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanan şahmatmlıarımızın (Gövhər Beydullayevanın rapiddə qızıl, bilitsdə bürünc, Məhəmməd Muradlının blitsdə qızıl qazanması) çıxışı, Azərbaycanın qadın komandasının Avropa çempionatında ilk dəfə ikinci yeri tutaraq, gümüş medala layiq görülməsi, eləcə də 18 yaşlılar arasında keçirilən dünya çempionatənda şahmatçımız Ayan Allahverdiyevanın çempion olması daxil edilib.
Videoçarxdan sonra AŞF-nın prezidenti Mahir Məmmədov ilin yekunları ilə bağlı çıxış etdi. "Düzdü, biz 2023-cü ilin yekunlarını keçiririk. Geridə qalan müddətdə şahmatçılarımız yetərincə medal qazansalar da, hələ qarşıda yenə də yarışlarımız var. İlin yarışlarına dekabrın sonunda Səmərqənddə keçiriləcək rapid və blits üzrə dünya çempionatı ilə yekun vurulacaq. Bu yarışda Azərbaycan böyük heyətlə çıxış etməyi planlaşdırır" - deyən AŞF prezidenti ölkəmizdə ilk dəfə olaraq, bu növlərdə Azərbaycan çempionatının keçirildiyin də bildirdi.
"Demək olar ki, il şahmatçılarımız üçün çıx məhsuldar oldu. Ölkədə Heydər Əliyev ilinin elan edilməsini nəzərə alan şahmatçılarımız qatıldıqları bütün yarışlarda uğur qazanmağa çalışıblar. Elə ona görədər ki, bu il bütün dünya üzrə keçirilən yarışlarda təsis edilən medalların 1\3 hissəsini Azərbaycan şahmatçıları qazanıblar" - deyən Mahir Məmmədov eyni zamanda müxtəlif yaş qrupları üzrə keçirilən dünya və Avropa çempionatlarında fərqlənən şahmatçıların adlarını da yeyd etdi. O, qadın millimizin Montoneqroda keçirilən komandalararası Avropa çempiionatında ilk dəfə olaraq, gümüş medal qazanmasını xüsusi olaraq vurğuladı.
Ardından söz alan alan Gənclər və İdman Naziri Fərid Qayıbov 2023-cü ili şahmatçılarımız üçün zəngin il adlandırdı. Bu ilin yayında Bakıda ilk dəfə təşkil edilən Dünya Kubokunun möhtəşəm keçdiyini vurğulayan nazir bu idman növünün ölkəmizdə çox poplyar olduğunu da gizlətmədi. Qadın millimizin Avropada ikinci yeri tutmasını xüsusi ilə qeyd edən Fərid Qayıbov butun əldə edilən uğurları arzu olunun nəticə adlandırdı. Azərbaycanda idmana və idmançılara dövlət başçısı tərəfindən birbaşa göstərilən diqqət və qayğıdan bəhs edən nazir sonda ölkənin bütün idmançılarına uğurlar arzuladı..
Cıxışlardan sonra şahmatçıların mükafatlandırma mərasimi keçirildi.
Heyəti Gövhər Beydullayeva. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva. Xanım Balacayeva və Gülnar Məmmədovadan (nədənsə tədbirə qatılmadı) ibarət qadın yığmamız başda olmaqla, bir sıra şahmatçılar Avropa və dünya çempionatlarında fərqləndikləri üçün müvafiq hədiyyələrlə təltif olunublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.