Azərbaycan yığması mundialda medal siftəsini edib
Zelim Tckayev dünya çempionatında üçüncü olub
Macarıstanın paytaxtı Budapeştdə böyüklər (kişi və qadınlar) arasında keçirilən cüdo üzrə dünya çempionatınin dördüncü günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, məhz mundialın dördüncü günü tatamiyə çıxan cüdoçumuz Zelim Tckayev (81 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb və bununla da Azərbaycan komandasının aktivinə ilk medal yazdırıb.
Qeyd edək ki, mübarizəyə başladığı 1/16 finalda Çin təmsilçisi Tszannana Vani, ardından isə braziliyalı Luan Almeyda və Cənubi Koreya təmsilçisi Cun Xvan Linki məğlub edərək yarımfinala yüksələn Tckayev burada gürcü Tato Qriqalaşviliyə uduzub. Bundan sonra finaldan kənarda qalan və çempionluq şansını itirən cüdoçumuz bürünc medal uğrunda görüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.
Xatırladaq ki, mundialın ilk üç günü tatamiyə çıxan cüdoçularımızdan hamısi, o cümlədən mundiala son dünya və Olimpiya çempionu kimi qatılan Hidayət Heydərov (73 kq) da fiaskoya uqrayib. Ən təəccüblüsü odur ki, titullu cüdoçumuz elə startdaca heç bir titulu olmayan və hazırda Portuqaliyanı təmsil edən 22 yaşlı gürcü Otari Kvantidzeyə uduzub.
Dünya çempionatı davam edir. İyunun 17-də daha iki təmsilçimiz mübarizəyə qatılacaq. Bu cütlükdə Elcan Hacıyev və Vüqar Talıbov ( hər ikisi 90 kq) yer alıb.
Mundiala iyunun 20-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.