"Qarabağ"ın Zaqrebdə başlanan "qara günü" Bakıda davam etdi
"Köhlən atlar" Çempionlar Liqasında çox "çapa" bilmədilər
Avqustun 28-də futbol üzrə UEFA Çempionlar liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən ölkə çempionu "Qarabağ" cavab oyunu çərçivəsində Zaqrebin (Xorvatiya) "Dinamo" klubunu Bakıda qəbul edib. Hamının möcüzə gözlədiyi bu oyunda qeyri-adi heç nə baş verməyib. "Qarabağ'in bir həftə öncə Zaqrebdə üzləşdiyi "qara günü" Bakıda davam edib. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və taleyi "Dinamo" üçün az da olsa 12-ci oyunçu hesab edilən ingiltərəli referi Maykl Oliverə tapşırılan bu oyunda qələbəyə sevinən tərəf yenə də zaqreblilər olublar. Zaqrebdə nə az, nə də çox, düz üç dəfə qol sevinci yaşayan "Dinamo" Bakıda isə daha iki dəfə bu xoşbəxtliyi yaşaya bilib. Belə ki, matçın 33-cu dəqiqəsində xorvatiyalı Marko Pyatsonun dəqiq zərbəsi, 54-cu dəqiqədə isə Mateus Silvanın avtoqolundan sonra ümumi hesab, loru dildə desək, lap kəllə çarxa çıxıb - 0:5. Qeyd edək ki, rəqib oyunçunun yaxın məsafədən qüvvətli zərbə ilə vurduğu və "Qarabağ"da debüt edən polşalı qolkiper Mateuş Koxalskinin qaytardığı top Mateus Silvaya deyərək tora düşüb. Təəssüflər olsun ki, "Qarabağ" iki oyunda üst-üstə öz qapısından buraxdığı 5 qolun müqabilində bir dənə də olsa təsəlli qolu vura bilməyib. Hələ bu azmış kimi, çempionumuzun ən etibarlı müdafiəçisi hesab edilən və 14-cu dəqiqədə ilk sarı vərəqə ilə cəzalandırılan Kevin Medina 88-ci dəqiqədə ikinci dəfə sarı vərəqə ilə üzləşincə referi Maykl Oliverdən qırmızı kart görüb. Beləliklə də, onsuzda vəziyyəti pis olan "Qarabağ" klubu meydanda azlıqda qoymaqla daha da çətin vəziyyətə düşüb.
Beləliklə, "Qarabağ" qitənin klublararası ən nüfuzlu turniri hesab edilən və Avropanın qrandlarinin, divlərinin mübarizə apardığı ÇL ilə cari mövsümdə vidalaşıb. Deyəsən, turnirin üçüncü mərhələsində "Ludoqorets" (Bolqarıstan) üzərində qazanılan 7:2 hesablı qələbə "Qarabağ"i gözə gətirib. Ya da ki, ...
Bundan sonra, "köhlən atlar" UEFA Avropa liqasında cövlan etməyə çalışacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.