Bakıda qadın həndbolçuların beynəlxalq Heydər Əliyev turniri başlayıb
Bu gün Azərbaycan Həndbol Federasiyasının idman Arenasında (AHF Arena) qadın həndbolcular arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib. Üç yerli ("Kür", "Qarabağ" və "Azəryol") və eyni sayda xarici komandanın (Özbəkistan millisi və Qazaxıstanın "Astana" və "Alatay Arulary" klubları) qatıldığı bu turnirə sentyabrın 1-də yekun vurulacaq.
Qeyd edək ki, turnirə "Kür" - "Astana" görüşü ilə start verilib. 26:36 (ilk yarı 14:18) hesabla bitən matçın fasiləsində turnirin təntənəli açılış mərasimi olub. Açılış mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov çıxış edib. Rəsmi hissədən sonra mərasimin bədii hissəsi başlayıb.
Günə 28:27 hesabla bitən "Qarabağ" - Özbəkistan millisi oyunu ilə yekun vurulub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.