Hüseyn İsmayılov dünya ikincisi olub
Ammanedə (İordaniya) 17 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatına dünən sərbəst güləşçilərin son həlledici görüşləri ilə yekun vurulub. Həmin gün Azərbaycan yığmasının iki üzvü medal uğrunda görüşə çıxıb. Hüseyn İsmayılov (60 kq) finalda, Rəvan Həsənzadə (45 kq) isə bürünc medal uğrunda güləşib. İsmayılov həlledici görüşdə büdrəyərək çıxışını ikinci pillədə başa vurmaqla dünya çempionatının gümüş medalçısı olub. Həsənzadə isə kiçik finalı qələbə ilə bitirərək, bürünc medalla kifayətlənib.
Bu cütlükdən bir gün əvvəl isə Hüseyn Hüseynov (55 kq) və Muxamed Qantemirov (110 kq) dunaya üçüncüsü olmaqla bürünc medal qazanıb.
Bununla da Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi çıxışını 4 (0-1-3) medal və 77 xalla dünyada 5-ci yeri tutub. Mundialda ilk üç yeri ABŞ (152 xal), İran (132 xal) və Qırğızıstan (104 xal) tutub.
Ümumiyyətlə, Azərbaycan bu mundialı 10 (2-1-7) medalla başa vurub. Bu medallardan 3- ü (2-0-1) yunan-Romaçıların, 3-ü (0-0-3) isə qızların payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.