Kişi voleybol yığmamız evdə də uduzub
Dünən kişi voleybolçular arasında Avro-2026-nin seçmə qrup oyunları çərçivəsində ikinci turun oyunları keçirilib. Keçmələrinə H qrupunda yer alan Azərbaycan komandası doğma divarlar arasında Belçika millisini qəbul edib. Dərnəgül yaşayış massivindəki Bakı Voleybol Mərkəzində baş tutan oyun qonaq komandanın quru hesablı qələbəsi ilə başa çatıb - 0:3 (12:25, 17:25, 19:25).
Qarşılaşma demək olar ki, Belçika komandasının açıq-aşkar üstünlüyü ilə keçib. Matçın ilk hissəsində yiqmamiza 12:25 hesabla qalib gələn belcikalilar, ikinci hissədə də üstünlüyünü qoruyaraq 17:25 hesabla qalib gəlib və ümumi hesabı öz xeyrinə olmaqla 2:0- a çatdırıb. Üçüncü set bir qədər fərqli keçib. İlk xalı millimizin qazandıqi (1:0) üçüncü setdə hesab 8:8 olanadək oyun xala xal prinsinində davam edib. Bundan sonra, Azərbaycan millisi yenə də "axsamaqa" başlayıb və hesab rəqibin xeyrinə olmaqla 8:13-ə çatıb. Daha sonra təşəbbüsü əldən verməyən qonaqlar üçüncü setdə də üstün olublar - 19:25.
Xatırladaq ki, millimiz seçmələr çərçivəsində ilk matçını avqustun 17-də Avstriyada yerli komandaya qarşı keçirib və 3:0 hesabla uduzub.
Yeri gəlmişkən, seçmələrin növbəti iki oyunu 2025-ci ilin avqustunda keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.