Kişi voleybol millimiz sabah Belçikanı qəbul edəcək
Avropa çempionatının (Avro-2026) təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 24-də Belçika yığması ilə qarşılaşacaq. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, oyun saat 18:00-da Dərnəgül yaşayış massivində yerləşən Bakı Voleybol Mərkəzində başlayacaq. Görüşün taleyi serbiyalı referi Darko Savic və türkiyəli Yavuz Akdemirə həvalə edilib.
Yeri gəlmişkən, millimiz avqustun 17-də ilk matçını Avstriyada keçirib və quru hesabla uduzub - 3:0 (25:16, 25:23, 25:14).
Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamızın digər iki qarşılaşması isə yarışın formatına uyğun olaraq 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.