Üzgüçülük
--------------
Vəlizadə və Rüstəmov finala vəsiqə qazanıb
Bu gün Serbiyanın Niş şəhərində üzgüçülük üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışda ölkəmiz üç idmançı ilə təmsil olunur. Bu üçlükdə isə Ramin Vəlizadə, Rəşad Əmirquluyev və Əbdürəhman Rüstəmov yer alıb. Triomuzdan ikisi - Vəlizadə və Rüstəmov 50 və 200 metr məsafəyə batterflay üsulunda uzməkdə təsnifat mərhələsini uğurla başa vuraraq, finala vəsiqə qazanıb.
Ümumiyyətlə, turnirdə Azərbaycanla yanasi, ev sahibi Serbiya, Albaniya, Makedoniya, Bolqarıstan və Xorvatiya təmsilçiləri mübarizə aparır.
Yeri gəlmişkən, 14 nəfər yeniyetmə idmançımız isə Macarıstanın Kapoşvar şəhərində keçiriləcək beynəlxalq turnirə yollanıb
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.