ATÇILIQ
---------------
"Çövkən" milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib
Dünən Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib. Dekabrın 23-dək davam edəcək bu turnirdə paytaxt Bakını (6), Ağstafa (1) və Ağcəbədini (1) təmsil edən 8 komanda iki qrupda mübarizəyə başlayıb. Dekabrın 15, 17 və 19-da qrup oyunları keçiriləcək. Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar dekabrın 21-də yarımfinalda oynayacaqlar. Dekabrın 23-də isə final oyunu ilə turnirə yekun vurulacaq.
Dünən turnirin aşılış mərasimi olub. Mərasimdə Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) İdarə Heyətinin üzvü Cavid Abdullayev çıxış edərək ölkəmizdə bu idman növünə böyük marağın olmasından və atcılığın son illər böyük inkişaf yolu keçməsindən danışıb.
Açılış mərasimdə bir sıra rəsmi şəxslər, o cümlədən ARAF-ın prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.