AÇ-ya gedəcək millinin heyəti açıqlanıb
Avqustun 17-də kişi voleybolçular arasında Avropa çempionatının (Avro-2026) seçmə qrup oyunlarına start veriləcək. Çempionatın B qrupunda yer alan Azərbaycan millisi ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək (Bakı vaxtı ilə saat 22:30).
Azərbayacn Voleybol Federasiyasından verilən məlumata görə bu gün səhər çağlarında millimiz baş məşqçi Fərid Cəlilov və onun köməkçiləri - Akif Vəliyev və Ülvi Rəcəblinin rəhbərliyi altında Avstriyaya yola düşüb.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək millimizin heyəti belədir:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.
Yığmamız qrup mərhələsində növbəti matçını avqustun 24-də Bakıda Belçika komandasına qarşı keçirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.