"Zirə" Konfrans Liqasının pley-offunda
Avqustun 16-da UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları keçirilib. Bu turnirdə mübarizə aparan "Zirə" klubu Bakıda Xorvatiyanın "Osiek" klubunu qəbul edib. Mərdəkan qəsəbəsində yerləşən "Liv Bono Dea Arena"da baş tutan və baş hakimi avstriyalı Yulian Vaynberqer olan görüş olduqca dramatik bir məcrada keçib. Bir həftə öncə keçirilən və 1:1 hesablı heç-heçə ilə bitən ilk oyunda olduğu kimi, cavab matçında da heç-heçə qeydə alınıb -2:2. Oyuna əlavə edilən vaxtda da hesab dəyisməyincə komandalar penaltilər seriyasından yararlanmalı olublar. Burada isə "Zirə" daha dəqiq olaraq (2:1) mərhələni asmağı bacarıb.
Qeyd edək ki, penaltilər seriyasında qapıçılar daha yaxşı oynayıblar. "Zirə"nin qolkiperi Tyaqu Silva qapısına vurulan 5 topdan dördünü dəf etməyi bacarıb və matçın əsas qəhrəmanına çevrilib. Qonaq komandanın çərçivə qoruqvusu Nikola Cavlinsə 3 topu zərərsizləşdirilib.
Beləliklə, "Zirə" öz tarixində ilk dəfə olaraq, Avrokuboklarda pley-offa qədəm qoyub. Burada isə "Zirə" Kiprin "Omoniey" klubu ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.