Gəncədə Azərbaycan könüllüləri üçün Karyera sərgisi həyata keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində növbəti layihə Gəncə şəhərində könüllülərimiz üçün təşkil edilən Karyera Sərgisi olub.
13 dekabr tarixində 3 mindən çox Azərbaycan könüllüsünün iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”ndan sonra növbəti gün baş tutan Karyera sərgisində 27 aparıcı özəl şirkət təmsil olunaraq könüllülər üçün vakansiyalar təqdim ediblər.
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində ölkəmizin gözəl guşəsi olan Gəncədə baş tutan Karyera sərgisində təcrübəli və iş potensialı yüksək olan gənc könüllülərimizə dövlət və özəl qurumların iş strukturu ilə yaxından tanış olmaları üçün şərait yaradılıb. Könüllülər sərgidə iştirak edərək şirkət nümayəndələrindən müəssisələrin fəaliyyəti və mövcud iş vakansiyaları ilə bağlı ətraflı məlumat alıblar.
Qeyd edək ki, 2018-ci ildən etibarən həyata keçirilən Könüllülük Həftəsi çərçivəsində baş tutan layihə və tədbirlər 2023-cü ildə daha fərqli formatda həyata keçirilməkdədir. Buna səbəb ildən-ilə ölkə rəhbərliyi tərəfindən könüllülük hərakatının inkişafına daha geniş imkanların yaradılmasıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.