Azərbaycan Paris-2024-də 7 medalla 30-cu olub
ABŞ, Çin və Yaponiyasa ilk üçlüyü bölüşüb
İyulun 24-də Fransanın paytaxtı Parisdə futbol və reqbi yarışları ilə startı verilən və 26 iyunda isə "Dtad de Frans" arenada təntənəli açılış mərasimi (parad) olan 33-cu Yay Olimpiya Oyunlarına (Olimpiada-2024) nəhayət ki, avqustun 11-də yekun vurulub. Geridə qalan 19 gün ərzində Azərbaycan da daxil olmaq, planetin 205 ölkəsini təmsil edən idmançılar 4 illiyin zirvə yarışında müxtəlif idman növləri üzrə medallar uğrunda mübarizə aparıblar. Azərbaycan komandası 41 lisenziya əsasında 48 idmançı ilə cüdo, taekvondo, güləş (hər üç növdə), boks, akademik avarçəkmə, badminton, yüngül atletika, üzgüçülük, batutda tullanmaq, güllə atıcılığı, kamandan ox atma, triatlon, qılıncoynatma (sablya, qadın), bədii gimnastika (fərdi və qrup) və 3x3 qadin basketbolu üzrə yarışlarda təmsil olunub. Komandamız Olimpiada-2024-u ikisi qızıl, ikisi gümüş və üçü bürünc əyarlı olmaqla 7 medalla başa vurub. Bu nəticə ilə Azərbaycan medal sıralamasında 30-cu yeri tutub.
Olimpiada-2024-də medal sıralamasında ilk yeri 126 (40-44-42) medalla ABŞ komandası tutub. İkinci yerdə 91 (40-27-24) medal qazanan Çin komandası qərarlaşıb. İlk üçlüyü isə aktivinə 45 (20-12-13) medal yazdıran Yaponiya tamamlayıb.
Oyunlara ev sahibliyi edən Fransa 64 (16-26-22) medalla yalnız 5-ci ola bilib. Aktivində bir dənə də olsa, qızılı olmayan qardaş Türkiyə 8 (0-3-5) medalla 4 illiyin zirvə yarışında 65-ci yeri tutub. Mənfur qonşularımız (ermənilər) isə qazandıqları 4 (0-3-1) medal sayəsində 67-ci pillədə qərarlaşıblar. Ümumiyyətlə, Olimpiada-2024-də iştirak edən ölkələrdən yalnız 83-ü medal qazana bilib.
Azərbaycan komandasının Paris-2024-də qazandığı medallara gəlincə, qızıllar Hidayət Heydərovla (73 kq) Zəlim Kotsayevin (100 kq, hər ikisi cüdo), gümüş medallar taekvondoçu Qasım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqesin (92 kq), bürünclər isə Həsrət Cəfərov (67 kq, yunan-Roma), Maqomedxan Maqomedov (97 kq) və Qeorqiy Meşvildşvilinin (125 kq, hər ikisi sərbəst güləşçi) payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.