Rafiq Hüseynov startda büdrəyib, Həsrət Cəfərovsa yarımfinalda dirənib
Bu gün Olimpiada-2024-un yunan-Roma güləşi üzrə yarışlarında daha iki təmsilçimiz - Həsrət Cəfərov (67 kq,) və Rafiq Hüseynov (87 kq) mübarizəyə qatılıb. Cütlüyümüzdən Tokio-2020-nin bürünc mükafatçısı olan Rafiq Hüseynov startdaca büdrəyib, Olimpiya Oyunlarında debüt edən Cəfərov isə yarımfinalda dirənib qalıb.
Rafiq Hüseynov mübarizəyə qatıldiqi 1/8 finalda macarıstanlı Davud Loşontsi (2:5) ilə bacarmayıb. Macar özü də finala çıxa bilməyincə Hüseynov mübarizəyə tamam deyib.
Eyni mərhələdən yarışa başlayan Cəfərov isə ardıcıl olaraq iki görüşünü qələbə ilə bitirərək yarımfinala yüksəlib. Di gəl ki, təmsilçimiz bu mərhələdə üzləşdiyi Azərbaycan əsilli olan Ukrayna təmsilçisi Pərviz Nəsibovu keçə bilməyib -3:3. Tokio-2020-nin finalçısı olmuş Nəsibov Paris-2024-də finala çıxınca Cəfərov sabah üçüncü yer uğrunda görüşdə iştirak etmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, dünən mübarizəyə qatılan güləşçimiz Sənan Süleymanov (77 kq) isə bu axşam Qırğızıstan təmsilçisi Akjol Mahmudovla üçüncü yer uğrunda güləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.