Azərbaycan güləşçisi Sabah Şəriəti də Olimpiada-2024-lə əliboş vidalaşıb
Parisdə (Fransa) keçirilən Yay Olimpiya Oyunlarında yunan-Romacilarin çıxışı ilə güləş yarışları davam edir. Dünən daha bir təcrübəli güləşçimiz, Rio-2016-nın bürünc medalçısı üçüncü yer uğrunda mübarizədə uduzaraq Olimpiada-2024-lə əliboş vidalaşıb. Azərbaycan güləşçisi üçüncüluk uqrunda görüşdə iranlı Amin Mirzəzadə ilə bacarmayıb. İlk yarıda rəqibinə 3 xal uduzan güləşçimiz ikinci yarıda başından ciddi zədə alıb. Həkimlərin müdaxiləsindən sonra mübarizəni davam etdirən Şəriəti məqlubiyyətdən yaxa qurtara bilməyib - 0:4.
Görüşdə maraqlı, diqqətçəkən və təqsirləndirici məqamlardan biri, iranlı güləşçinin görüşdən sonra Şəriətini boynunda oturdaraq xalça üzərində gəzdirməsi olub. İranlı pəhləvan Şəriətinin bu yarışdan sonra karyerasını bitirəcəyini bilincə belə edib.
Qeyd edək ki, Şəriəti Olimpiada-2024-lə Murad Məmmədov (51 kq), və Mariya Stadnikfən sonra əliboş vidalaşan üçüncü güləşçimiz olub.
Dünən mübarizəyə qatılan güləşçimiz Sənan Süleymanov (77 kq) isə bu gün axşam saatlarında bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.