Alfonso Dominqesin Olimpiada-2024-ün finalındakı rəqibi müəyyənləşib
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının (Olimpiada-2024) boks turnirində yarımfinal döyüşləri başa çatıb və bununla da finalçılar müəyyənləşib. Maraqlı və sevindirici haldır ki, finalçılardan biri Azərbaycan yığmasının lideri Alfonso Dominqesdir (92 kq). Onun finaldakı rəqibi isə digər yarımfinalda Tacikistan təmsilçisi Davlat Boltayevi məqlub edən Özbəkistan boksçusu Lezizbek Mullojonovdur. Həlledici final döyüşü avqustun 10-da gecə saat 00:30- da keçiriləcək.
Yeri gəlmişkən, Dominqes Tokio Olimpiadasında 81 kq çəkidə bürünc medal qazanıb. O, DÇ-2021-də üçüncü, DÇ-2023-də isə yalnız finalda uduzaraq ikinci yeri tutub. Ozbekistanli rəqibə gəlincə, Mullojonov Asiya çempionu və DÇ-2023-də isə bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan Paris Olimpiadasında 5 boksçu ilə təmsil olunub. Onlardan yalnız Dominqes uğurla çıxış edərək finala yüksəlib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.