Qadın basketbol yığmamız Olimpiada-2024-də Çin millisini məyus edərək vəziyyətini yaxşılaşdırıb
Fransanın paytaxtı Parisdə keçirilən Olimpiada-2024-un 10-cu günü qadınlar arasında 3x3 basketbolu uzrə yarışlar davam edib. Həmin gün heyəti Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenxauer və Mersedes Uolkerdən ibarət olan Azərbaycan millisi iki oyun keçirib. Günün əvvəlində Avstraliyaya uduzan (21:12) millimiz bunun ardından Çin komandası üzərində qələbə qazanıb - 21:19. Bu qələbə sayəsində millimiz turnir cədvəlində 6-ci pilləyə yüksələrək, mövqeyini yaxşılaşdırıb. Avqustun 3-də isə Azərbaycan komandası qrup mərhələsində son matçını Kanadaya qarşı keçirəcək.
Reqlamentə görə, qrupda ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaq. 3-6-ci yerləri tutan digər 4 komanda isə mübarizəni 1/4 finaldan davam etdirəcək. Son iki yeri (7-8) tutan komandalarsa Olimpiada-2024-lə vidalaşacaq.
Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:
Almaniya - 4:1(85), Kanada - 3:1(70), Avstraliya - 4:2(111), İspaniya - 3:2(78), ABŞ - 2:3(76), Azərbaycan - 2:4(87), Çin - 2:4(95), Fransa - 1:4(68).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.