Uşanqi Kokuari də Olimpiada-2024-lə əliboş vidalaşıb
İyulun 29-da Fransanın paytaxtı Parisdə startı verilən Yay Olimpiya Oyunlarında (Olimpiada-2024) cüdo yarışlarına avqustun 2-də ağır çəkili tatami ustalarının çıxışı ilə yekun vurulub. Cüdo yarışlarının son günü Azərbaycan yığmasının uzvu Uşanqi Kokuari (+100 kq) də tpatamiyə cixib. Təəssüflər olsun ki, Kokuari özündən bir gün əvvəl mübarizə aparan və Olimpiya çempionu adını qazanan Zəlim Kotsayevin (100 kq) nəticəsini təkrarlaya bilməyib. Qeyd edək ki, əvvəl iştirak etdiyi Olimpiadalarda mübarizəni 1/8 !finalda bitirən Kokuari üçüncü dəfə qatıldığı Paris Olimpiadasında isə 1/4-də büdrəyib, ardından isə təsəlliverici görüşlərdə uduzub. Xatırladaq ki, startda braziliyali Rafael Silvani, 1/8 finlanda isə finlandiyalı Marttin Puumalayneni məqlub edən Uşanqi 1/4-də koreyalı Kim Minco ilə bacarmayıb. Bunun ardından isə o, təsəlliverici görüşdə kubali Endi Qandeyə məqlub olaraq, mübarizəni dayandırıb.
Beləliklə, Olimpiada-2024-ə ikisi qadın olmaqla, 9 cüdoçu ilə qatılan Azərbaycan Olimpiadanın cüdo yarışlarını iki qızıl medalla ikinci yerdə başa vurub.
Xatırladaq ki, Azərbaycanı Olimpiada-2024-un cüdo yarışlarında Leyla Əliyeva (48 kq), bayraqdarimiz Gültac Məmmədeliyeva (52 kq), Balabəy Aqayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zəlim Tskayev (81 kq), Elcan Haciyev (90 kq) , Zəlim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) təmsil edib. Bu doqquzluqdan isə Heydərovla Kotsayev Olimpiya çempionu adını və qızıl medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.