"Zirə" və "Sabah" Konfrans Liqasının üçüncü mərhələsində
Dünən futbol üzrə UEFA Konfrans Liqasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib və bununla da mərhələyə yekun vurulub. Həmin gün Azərbaycanın iki təmsilçisi - "Zirə" və "Sabah" klubu cavab matçına çıxıb. Qeyd edək ki, bir həftə öncə doğma divarlar arasında Slovakiyanın "DAK 1904" klubunu darmadağın hesabla (4:0) məğlub edən "Zirə" səfər matçında da qalib (2:1) gələrək mərhələni aşıb.
Maraqlıdır ki, bir həftə öncə səfərdə İzrailin "Makkabi" (Hayfa) klubunu böyük hesabla (3:0) məqlub edən "Sabah" isə dünən doqma divarlar arasında keçirdiyi cavab matçında çətin anlarla üzləşib. Oyunun əsas və əlavə vaxtı 3:6 hesabla başa çatdığından qalıb penaltilər seriyasında müəyyənləşib. Penaltiləri daha dəqiq yerinə yetirən "Sabah" 3:2 hesabla qalib gələrək, mərhələni aşıb.
Artıq hər iki təmsilçimizin üçüncü təsnifat mərhələsindəki rəqibi və oyunlarınin vaxtı müəyyənləşib.
"Zirə" üçüncü mərhələdə Xorvatiyanın "Oisek" klubu ilə, "Sabah" isə İrlandiyanın "Sent-Patriks Atletik"iylə qarşılaşacaq. İlk oyunlar avqustun 8-də səfərdə, cavab oyunları avqustun 15-də evdə olacaq.
Qeyd: Bu turnirdə ölkəmizi təmsil edən Sumqayıtin eyniadlı komandası isə Macarıstanın " Fexrrver" klubu ilə mübarizədə uduzaraq, turnirlə vidalasib. Evdə 1:2 hesabla uduzan "Sumqayıt" səfər matçını qolsuz bərabərliklə bitirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.