Cüdoçumuz Zəlim Tskayev Olimpiya çempionudur
Fransanın paytaxtı Parisdə keçirilən Olimpiada-2024-ün bu günə təsadüf edən 9-cu günü də Azərbaycan komandası üçün uğurlu və yadda qalan olub. Beləki Yay Olimpiya Oyunlarının məhz bu gün də davam edən cüdo yarışlarında Azərbaycan yığmasının üzvü Zəlim Kotsayev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq Olimpiya çempionu olub. Bununla da Azərbaycanin medal aktivinə ikinci qızıl yazılıb.
Yeri gəlmişkən, Zəlim Kotsayev Olimpiada-2024-də ilk olaraq 1/8 finalda polşalı Petra Kucerunu məqlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə İzrail təmsilçisi Petera Palcikani, ardından isə yarımfinalda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevi məğlub edərək finala yüksəlib. Son həlledici final görüşündə isə cüdoçumuz gürcüstanlı İlya Sulamanidzeni məyus edib. Əhsən!!!
Xatırladaq ki, Kotsayevdən öncə eyni uğura Hidayət Heydərov (73 kq) imza atmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.