"Sabah" evdə, "Zirə"ylə "Sumqayıt" səfərdə cavab matçına çıxacaq
Bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Qeyd edək ki, sözügedən turnirdə ölkəmizi təmsil edən 3 klubdan biri - "Sabah" cavab matçına evdə, ikisi - "Zirə"ylə "Sumqayıt" isə səfərdə çıxacaq.
Xatırladaq ki, "Sabah" Təl-Əvivin (İzrail) "Makkabi" klubuna qarşı keçirdiyi səfər matçında meydanı böyük hesablı qələbə ilə tərk edib - 0:3. Bu gün "Sabah"ın "Beynəlxalq Bank Arena"da keçirəcəyi cavab matçında da qalib gələcəyi və mərhələ aşacağı heç kəsdə şübhə doğurmur.
Bir həftə öncə doğma divarlar arasında Slovakiyanın "DAK 1904" klubunu darmadağın (4:0) edən "Zirə"nin də mərhələ aşacağı inanılanddır.
Amma doğma divarlar arasında Macarıstannın "Fexervar" klubuna 1:2 hesabla uduzan "Sumqayıt"ın isə vəziyyəti heç də yaxşı deyil. Amma, bu rutboldur, futbol isə hər zaman sürpirizlərlə dolu olur. Odur ki, bu oyunda təmsilçimizin uğu qazanacağına ümid edək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.