Murad Allahverdiyev mübarizəni davam edəcək, Nicat Hüseynovsa....
Parisdə keçirilən Olimpiada-2024-un 30 iyula təsadüf edən yeddinci günü boks yarışları davam edib. Həmin gün Azərbaycan yığmasının iki üzvü - Murad Allahverdiyev (80 kq) və Nicat Hüseynov (51 kq) ilk döyüşlərinə çıxıblar. Boksçularımızdan Allahverdiyev Misir təmsilçisi Abdelraxman Abdelqavvadla döyüşdən qalib ayrıldı (5:0) halda, Hüseynov Dominikan Respublikasından olan rəqibi Alkantars Reyslə bacarmayıb - 0:5.
Bununla da Azərbaycanın Paris-2024-ə qatılan beş bokscusundan üçü mübarizəni erkən dayandirib.
Mərhələ adlayan Murad 1/4 final döyüşünü avqustun 2-də saat 27:22-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək. Muraddan öncə isə digər boksçumuz - dünya çempionu və Olimpiya mükafatçısı olan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
Təəssüflər olsun ki, Malik Həsənovla (63,5kq) bayraqdarımız Məhəmməd Abdullayev (+92 kq) mübarizəyə başladığı 1/8-də fiaskoya uğrayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.