"Qarabağ" "Linkoln"u darmadağın edərək ÇL-nin üçüncü mərhələsinə yüksəlib
Dünən futbol üzrə UEFA Çempionlar liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Qarabağ" klubu doqma divarlar arasında Cəbəllütariqin "Linkoln" klubunu qəbul edib. Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və danimarkalı hakim Yakob Sunnberqin idarə etdiyi oyun "Qarabağ"-in darmadağın hesablı qələbəsi ilə başa çatıb - 5:0 (ilk oyun 2:0).
Bununla da iki oyunda rəqibini 7 cavabsız qolla cəzalandıran "Köhlən atlar" ÇL-nin üçüncü mərhələsinə yüksəlib. Vurulan qollara gəlincə, 17-ci dəqiqədə hesabı açan Juninyo 31-i dəqiqədə dubl edərək hesabı 2:0-a çatdırıb. 44-cu dəqiqədə isə o, qonaqları üçüncü dəfə məyus etməklə het-trikə imza atıb - 3:0. Komandalar bu hesabla fasiləyə çıxıblar. 66-ci dəqiqədə Yassın Benziya qonaqların qapısından dördüncü qolu keçirib - 4:0. Matçda son nöqtəni isə Leandro Andrade (72-ci dəq) qoyub - 5:0.
Ağdam təmsilçisi növbəti mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq (ilk oyun 2:0).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.