Hidayət Heydərov Olimpiya çempionudur
Azərbaycan Olimpiada-2024-də medal hesabını qızılla açıb
İyulun 24-də Fransanın paytaxtı Parisdə futbol və reqbi yarışları ilə start götürən Olimpiada-2024 davam edir. Olimpiadanın 29 iyul gününə təsadüf edən 6-ci günü Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, cüdo yarışlarının üçüncü günü tatamiyə çıxan Hidayət Heydərov (73 kq) tarixi uğura imza atıb. Dünya reytinq cədvəlində öz çəkisinin lideri olan və eyni zamanda Olimpiadanın favoritlərindən sayılan Hidayət bütün ümidləri və gözləntiləri doğruldaraq favorit olduğunu sübut edib. Qeyd edək ki, Azərbaycanın cüdo tarixində 16 illik fasilədən sonra Hidayət Olimpiya qızılını qazanıb. Maraqlıdır ki, Heydərovun qazandığı bu medal Azərbaycanın Olimpiya Oyunlarında qazandığı 50-ci yubiley medalı olub.
Bir məqamı da qeyd edək ki, Hulidayət 4 illiyin zirvə yarışının zirvəsinə gedən yolda əvvəlcə İzrail təmsilçisi Tohar Bitbulu (1/8 finalda) ardından kanadalı Artur Martelidonu məqlub edərək yarımfinala yüksəlib. Burada isə o, kosovolu Akıl Qyakovdan güclü olub və finala çıxıb. Həlledici finalda isə Hidayət ev sahibi olan fransalı rəqibi Yoana-Benjamin Qabını ipponla yıxaraq Olimpiya çempionu olub. Bununla da Hidayət Heydərov cüdo idmanında mümkün olan bütün titulları qazanaraq, medallar kolleksiyasını daha da zənginləşdirib. Təkcə bu il, o, ardıcıl olaraq Avropa, dünya və Olimpiya çempionu adını qazanıb. Ən maraqlısı isə onun bu il Fransada iki dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırması və himnini səsləndirməsidir. Xatırladaq ki, Hidayət bu il Avropa çempionu adını Fransanın Monpelye şəhərində qazanıb.
Yeri gəlmişkən, Azərbaycan Olimpiada-2024-də ikisi qadın olmaqla 9 cüdoçu ilə qatılıb. Onlardan beşi artıq çıxışını başa vurub. Hidayətdən fərqli olaraq Leyla Əliyeva (48 kq), Balabəy Aqayev (60 kq), bayraqdarimiz Gültac Məmmədeliyeva (52 kq) və Yaşar Nəcəfov (66 kq) oyunlarla elə start görüşündəcə vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.