Oğlanlardan ibarət U-18 basketbol yığmamız Avropa çempionudur
Albaniyanın Elbasane şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə keçirilən Avropa çempionatının C divizionunda yarışlara həlledici final oyunu ilə yekun vurulub. Çempionatın qalibi adını finalda Lüksemburq millisini 77:71 hesabla məğlub edən Azərbaycan yığması qazanıb. Bunula da yığmamız 2016-ci ildəki uğurunu təkrarlayıb və tarixində ikinci dəfə Avropa çempionu olub. Final matçının ən yaxşı oyunçusu adına isə yığmamızın üzvü Murad Babayev layiq görülüb. O, özünün və komandasınin aktivinə yazdırdığı 19 xal və 6 tubaundla yadda qalıb.
Bir məqamı da qeyd edək ki, məşqçisi Anar Sarıyev olan Azərbaycan millisi qrupda Moldova (87:76) və Ermənistanı (76:69), yarımfinalda isə Albaniyanı (62:41) məğlub edib.
Təbriklər!
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.