Cüdoçularımız Yaşar Nəcəfovla bayraqdarımız Gültac Məmmədəliyeva da Olimpiada-2024-də ilk görüşdən fiaskoya uğrayıb
Fransanın paytaxtı Parisdə keçirilən və Azərbaycan olimpiyaçılarının da qatıldığı Olimpiada-2024-də cüdo yarışları davam edir. Bu gün daha iki cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Sohbət Yaşar Nəcəfov (66 kq) və Azərbaycan yığmasının bayraqdarı olmuş Gültac Məmmədəliyevadan (52 kq) gedir. Təəssüflər olsun ki, Olimpiadada debüt edən hər iki təmsilçimiz elə startdaca məğlubiyyətlə üzləşib. Mübarizəyə 1\16 finaldan qatılan Nəcəfov serbiyalı Strahinya Bunçiçlə bacarmayıb.
Gültac isə ABŞ təmsilçisi Anjelike Delqadoya məğlub olub. Bununla da Paris-2024-də qatılan 9 cüdoçumuzdan dördü artıq Oyunlarla əliboş və erkən vidalaşıb.
Xatırladaq ki, dünən cüdoçularımızdan Leyla Əliva (48 kq) və Balabəy Ağayev (60 kq) ilk görüşdən mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.