Voleybolçularımız AÇ-də mübarizəni dayandırıblar
İyulun 24-də Polşanın Mysloviçe şəhərində 20 yaşllı oğlan və qızlar arasında startı verilən və Azərbaycan komandalarının da qatıldığı çimərlik voleybolu üzrə Avropa çempionatı bizimkilər üçün erkən başa çatıb. Heyəti Nəriman Bayramlı və Muhammad Aslanlıdan ibarət oğlan komandamız mübarizəni hələ təsnifat mərhələsində Kosovonu (2:0) məğlub edib, Andorra (1:2) və Şotlandiyaya (0:2) uduzaraq dayandırmışdı.
Oğlanlardan fərqli olaraq, Səbinə Əlizadə və Lizi Latasbidze dueti təsnifat mərhələsini bir qələbə və bir məğlubiyyətlə aşaraq C qrupunda mübarizəni davam etdirib.Təəssüflər olsun ki, qızlarımız qrup mərhələsində isə İspaniya, İngiltərə və Serbiyadan olan həmyaşıdlarına uduzublar. Sonda isə zəriflərimiz pley-offda Estoniyaya (0:2) uduzaraq cıxışını başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.