"Akademikimiz" Diana Dimcenko Olimpiada-2024-ün 1/4 finalında
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının üçüncü günü akademik avarçəkmə yarışlarına da start verilib. İlk olaraq qadınların bir nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşü keçirilib. Bu yarışda ölkəmizi təmsil edən Diana Dimcenko (dünya çempionatının ikincisi, ikiqat Avropa çempionu) da daxil olmaqla 30 idmançı 6 qrupda mübarizə aparıb. Beşinci qrupda yer alan 35 yaşlı "akademikimiz" məsafəni 7.52,53 dəqiqəyə qət etməklə qrupda üçüncü olub. Bu isə reqlamentə uyğun olaraq ona birbaşa 1/4 finala çıxmaq imkanı verib. Bu mərhələnin yürüşü isə iyulun 30-da keçiriləcək. Bu mərhələdə isə 24 idmançı mübarizə aparacaq.
Yeri gəlmişkən, Diana ilkin mərhələdə 1/4 finala keçən 18 idmançı arasında ən zəif nəticə göstərib.
Belə düşünmək olar ki, 1/4 final mərhələsi Diana üçün heç də asan olmayacaq.
Hər halda vaxtı gözləyək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.