Konfrans Liqasında 2\3 qələbə
"Zirə" və "Sabah" turnirə qələbəylə başlayıb, "Sumqayıt" isə ...
Dünən Avrokubok turnirlərindən olan Konfrans Liqasında ikinci təsnifat mərhələnin lk oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən 3 komandamızdan ikisi qələbə qazandığı (biri evdə, biri səfərdə) halda, daha biri isə doğma divarlar arasında məğlub olub.
Triomuzdan baş məşqçisi Rəşad Sadıöov olan "Zirə" klubu evdə Slovakiyanın "DAK 1904" klubunu qəbul edib. Təmsilçimiz qonağnın qapısını top atəşinə tutaraq, sözün əsl mənasında darmadağın edib - 4:0.
İsraildə yerli "Makkabi" (Hayfa) klubunun qonağı olan təmsilçimiz "Sabah" isə səfərdə özünü qonaq kimi aparmayıb. Ev sahibinin üzünə "ağ olan" təmsilçimiz meydanı böyük hesablı qələbə ilə tərk edib - 0:3.
Təəssüflər olsun ki, triomuzdan biri - doğma divarlar arasında Macarıstanın "Fexerbar" klubunu qəbul edən "Sumqayıt" klubu isə qələbəni əldən verib. Mehdi Hüseynzadə adına şəhər stadionunda ilk qol sevincini yaşayan sumqayıtlılar sonradan öz qapılarından iki top buraxmaqla məlubiyyətə uğrayıblar - 1:2.
Bir həftədən sonra bu mərhələdə cavab oyunları keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.