Azərbaycan cüdoçularının Olimpiada-2024-dəki ilk rəqibləri bəlli olub
Dünən Fransanın paytaxtı Parisdə futbol və reqbi üzrə yarışlarla Olimpiada-2024 start götürüb. Sabah isə dörd illiyin zirvə yarışının təntənəli açılış mərasimi olacaq. Bu gün Olimpiada-2024-ün proqramına daxil olan cüdo yarışlarının püşkatma mərasimi keçirilib və bununla da oyunlarda iştirak edəcək Azərbaycan cüdoçularının ilk qarşılaşacaqları rəqiblər bəlli olub. Yeri gəlmişkən, ölkəmiz cüdo yarışlarında ikisi qadın olmaqla 9 tatami ustası ilə təmsil olunacaq. Cüdo yarışlarına iyulun 27-də start veriləcək. Həmin gün təmsilçilərimizdən Leyla Əliyeva (48 kq) və Balabəy Məcidov (60 kq) tatamiyə çıxacaq. Əliyeva ilk mərhələdə özbəkistanlı Xalimajon Kurbonovayla güləşəcək. Məcidovsa ilk mərhələni güləşmədən keçəcək. O, növbəti mərhələdə Simon Zulu (Zambiya) / Yin Kim Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
Digər təmsilçilərimizə gəlincə, ilk rəqibləri bunlardır:
52 kq: Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ);
66 kq. Qaşar Nəcəfov - Straxinya Bunçiç (Serbiya);
73 kq. Hidayət Heydərov ilk mərhələdən azaddır (növbəti mərhələdə Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair cütünün qalibi ilə güləşəcək) ;
81 kq. Zəlim Tskayev ilk mərhələdən azaddır ( növbəti mərhələdə Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) görüşünün qalibi ilə üzləşəzək;
90 kq. Elcan Hacıyev – Mixail Lqanik (Тürkiyə);
100 kq. Zəlim Kotsayev ilk mərhələdən azaddır (o, növbəti mərhələdü Tomas Briseno (Çili) / Piotr Kuçera (Polşa) görüşünün qalibi ilə güləşəcək) ;
+100 kq. Uşanqi Kokuari – Rafael Silva (Braziliya).
Cüdo yarışlarına avqustun 2-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.