Novak Cokovic Parisdəki Olimpiya kəndində yaşamaq istəmir
Dünyanın 2 nömrəli raketka ustası olan serbiyalı tennisçi Novak Cokovic Olimpiada-2024-də Parisdəki Olimpiya kəndində yaşamaq istəmədiyini bildirib. Bu haqda məlumat yayan "Sportal" nəşri onun səbəbini də açıqlayıb. Mənbənin yazdığına görə, 37 yaşlı tennisçi Olimpiya kəndinə yalnız serbiyalı idmançıları salamlaşmaq üçün gedəcək.
"Tokioda Olimpiya kəndində yaşayanda gündəlik iş rejimim pozuldu. Çünki, bir çox idmançılar mənimlə şəkil çəkdirmək istəyirlər. Bu isə mənim normal məşq etməyimə mane olur" - Cokovic belə deyib.
Yeri gəlmişkən, Olimpiada-2024-də tennis yarışları iyulun 27-də başlayacaq və avqustun 4-də həlledici finalla başa çatacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.