Badmintonçumuz Keyşa Fatima Zaxra debütünü çinli Xe Bintszyaoya qarşı edəcək
İyulun 27-də Paris Olimpiadasında badminton yarışları başlayacaq. Bu yarışda ölkəmizi Edi Reski Dviçao kişilərin, Keyşa Fatima Zaxra isə qadəınların yarışında təmsil edəcək. Cütlüyümüzdən ilk olaraq Zaxra mübarizəyə qatılacaq. O, debütünü yer aldığı N qrupunda Çin təmsilçisi Xe Bintszyaoya qarşı keçirəcək (saat 10:30). Bunun ardından isə o, britaniyalı Kirsti Hilmorla üzləşəcək.
Karyerasında ikinci dəfə Olimpadada iştirak edən Dviçao isə E qrupunda mübarizə aparacaq. O, qrupda müvafiq ardıcıllıqla köhnə rəqiblərindən olan Anders Antonsen (Danimarka) və Kollins Valentin Flimonla qarşılaşacaq. Xatırladaq ki, Dviçao Olimpiada-2020-nin startındada ikiqat Avropa çempionu Antonsenlə qarşılaşmış və ona məğlub olmuşdu.
Bir məqamı da qeyd edək ki, hər iki badmintonçumuz beynəlxalq reytinq cədvəlindəki mğvqelərindən asılı olaraq Paris-2024-ə lisenziya əldə edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.