Azərbaycan Paris-2024-ə Ramazanovanın ox atması ilə qatılacaq
Dörd illiyin zirvə yarışı olan Olipiada-2024-ün (Yay Olimpiya Oyunları) startına iki gün qalıb. Nəhayət ki, bütün dünya idman ailəsinin səbirsizliklə və yeni ümidlərlə gözlədiyi Paris-2024-ə iyulun 25-də Fransanın paytaxtında kamandan ox atanların çıxışı ilə start veriləcək. 64 idmançının mübarizə aparacağı bu yarışda Azərbaycanı Yaylagül Ramazanova təmsil edəcək. Yeri gəlmişkən, bu onun Olimiya Oyunlarında debütü olacaq. Onu da qeyd edək ki, oxatanımız dünya reytinq cədvəlində 186-cı pillədə yer alıb. Reytinq cədvəlindəki mövqeyinə baxmayaraq, Ramazanova Türkiyədə keçirilən Olimpiya təsnifatlı turnirdə lisenziya qazanıb.
Ertəsi gün, yəni iyulun 26-da isə Paris-2024-ün təntənəli açılış mərasimi (parad) olacaq. Xatırladaq ki, bu gün Oklimpiada-2024-də iştirak edəcək idmançılarımızdan bir qrupu Parisə yola düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.