"La Gazzetta dello Sport": "Mançester Siti" Canluici Donnarumanı almaq istəyir"
"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, İngiltərənin "Mançester Siti" klubu İtaliya millisinin və Fransanın "PSJ" klubunun qolkiperi Canluici Donnarumanı düşərgəsinə gətirmək haqda variant axtarır. Etibarlı mənbədən verilən məlumata görə, "şəhərlilərin" Braziliyadan olan hazırki qapıçısı Edersonla Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu maraqlanır. Odur ki, "Mançester Siti" vaxt itirmədən qolkper axtarışına başlayıb. Bu arada məlum olub ki, "PSJ" də artıq özünə yeni qolkiper tapb. Sohbət iyunun 14-də Rusiyanın "Krasnodar" klubundan ayrılan Matvey Safanovdan gedir.
Yeri gəlmişkən, 25 yaşlı qapıçı Donnaruma 2021-ci ildən "PSJ"də forma geyinir. Fransa klubunda 114 matça çıxan Donnarumanın klubla müqaviləsi 2026-cı ilin yayında bitəcək. Bu arada "Transfermarkt" portalı onu 40 milyon avro dəyərində qiymətləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.