Oskar Piastri karyerasında ilk Qran-Prini udub
Macarıstan Qran-Prisini "Maklaren" bayram edib
Ötən həftəsonu formula-1 üzrə dünya çempionatının sayca 13-cü Qran-Prisi keçirilib. Macarıstandakı "Hunqarocinq" avtodromunda baş tutan yürüşün qalibi adını "Maklaren"nin Avstraliyadan olan 23 yaşlı pilotu Oskar Piastri qazanıb. Bu onun karyerasında ilk Qran-Pri qələbəsi kimi tarixə düşüb. O,yürüş zamanı 4380 metrlik trassda 70 dəfə dövrə vurmaqla 306.630 km məsafəni hamıdan tez qət edib (1 saat 38 dəqiqə, 01.938 saniyə). Maraqlıdır ki, Macarıstan Qran-Prisində ikinci yeri isə startdan birinci çıxmağına rəğmən, ondan 2,141 saniyə geri qalan komanda yoldaşı Lando Norris tutub. İlk üçlüyü isə "Mersedes"in 39 yaşlı ingiltərəli pilotu, 7 qat dünya çempionu adını daşıyan Lyuis Hemlton tamamlayıb (qalibdən 14,880 saniyə geri qalmaqla). Yeri gəlmişkən, Lyuis üçüncü yeri tutmaqla karyerasında 200-cü dəfə fəxri kürsüyə yüksəlib. O, bu göstərici ilə öz rekordunu təzələyib. Xatırladaq ki, bu göstərici üzrə ikinci yeri yeddiqat dünya çempionu almaniyalı Mixael Şumaxer (155 dəfə), üçüncü yerisə 3 qat dünya çempionu Sebastyan Fettel (112 dəfə kürsüyə qalxıb) tutur.
Maraqlıdır ki, son və hazırki dünya çempionu Maks Ferstappen ("Red Bull") isə yürüşün başa çatmasına 2 dövrə qalanda Hemltonla toqquşduğu üçün finişə 5-ci çatıb.
Geridə qalan 13 Qran-Pridən sonra pilotların şəxsi reytinq cədvəlinə 265 xalla Maks Ferstappen liderlik edir. İkinci yeri cari mövsümdə Qran-pridən birinin qalibi olan Lando Norris ("Maklaren") tutur - 189 xal. İlk üçlüyü isə Norris kimi cari mövsümdə bir dəfə Qran-Prini udan və hazırda aktivində 162 xalı olan Şarl Lekler ("Maklaren") tamamlayır.
Komandaların yarış cədvəlinə 389 xalla "Red Bull" başçılıq edir. İkinci yeri 338 xalla "Maklaren"in tutduğu cədvəldə ilk üçlüyü isə 322 xalla "Ferrari" tamamlayır.
Növbəti Qran-Pri iyulun 28-də Belçikada keçiriləcək. Pilotlar "Circuit de Spa-Erankorchames" avtodromunda uzunluğu 7001 metr olan trasda 44 dəfə dövrə vurmaqla 308.052 km məsafəni qət edəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.