Azərbaycan iki gümüş medalla Dünya Seriyasında ikinci olub
20-21 iyul günlərində Rumıniyanın Timişoare şəhərində cimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçirilib. İki gün davam edən turnirə 3 güləşçi ilə qatılan Azərbaycan yığması qazandığı iki gümüş medal və 52 xalla komanda hesabında ikinci yeri tutub. Yığmamızdan iki xal artıq toplayan Türkiyə birinci yerin sahibi olub. İlk üçlüyü isə 45 xalla ABŞ komandası tamamlayıb.
Xatırladaq ki, məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışa qatılan triomuzdan Rəşid Babazadə (70 kq) və İbrahim Yusubov (90 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. 80 kq-da güləşən Ramiz Həsənovsa bürünc uğrunda görüşdə büdrəyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.