U-20 basketbol yığmamız AÇ-da ermənilərə də uduzaraq sonuncu olublar
İndi də növbə U-18-indir
Rumıniyanın Piteşti şəhərində 20 yaşlı (U-20) oğlanlar arasında keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi basketbol üzrə Avropa çempionatının B divizionuna yekun vurulub. Təəssüflər olsun ki, Azərbaycan komandası çempionatda keçirdiyi 6 oyunun hamısında meydanı məğlub durumda tərk edib. Yığmamız son olaraq, 19-cu yer uğrunda Erməniatan komandası ilə qarşılaşıb. Yığmamız həmin oyunda da məğlubiyyətdən yaxa qurtara bilməyib - 61:71.
Bununla da Azərbaycanın 2- yaşlı oğlan basketbolçulardan ibarət (U-20) komandası Avropa çempiontının B divizionunda sonuncu yeri tutub.
Bu arada isə 18 yaşlı oğlan basketbolçulardan ibarət yığmamız (U-18) isə AÇ-ya hazırlıq xarakteri daşıyan İstanbul (Türkiyə) toplanışına yekun vurub. Yığmaməz son yoxlama matçında Qətər komandasını məğlub edib - 59:55.
Yeri gəlmişkən, yığmamız 23-28 iyul günlərində Albaniyada keçiriləcək Avropa çempionatının C divizionunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.