Qadın şahmat yığmamız Olimpiadaya Top-5-də qatılacaq
Sentyabrın 10-dan 23-dək Macarıstanın paytaxtı Budapeştdə kişi və qadınlar arasında sayca 45-ci olam Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu arada FİDE iştirakçı komandaların reytinq vəziyyətini açıqlayıb. Maraqlıdır ki, Azərbaycanının qadın yığmasının vəziyyəti kişi komandasının vəziyyətindən yaxşıdır.
Qeyd edək ki, heyətində Avropa çempionu Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə. Gövhər Beydullayeva və Xanım Balacayevanın yer aldığı və kapitanı Gülnar Məmmədova olan qadın yığmamız aktivindəki 2414 xalla Top-5-i tamamlayır. İlk üçlükdə isə Gürcüstan (2459), Hindistan (2458) və hərəyə 2416 xalı olan Polşa və Çin yer alıb.
Kişi komandamıza gəlincə, heyəti Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Aydın Süleymanlı və Məhəmməd Muradlıdan ibarət olan yığmamız 2654 xalla 15-ci pillədədir. Komandanın kapitanı isə Teymur Rəcəbovdur.
Kişilərin reytinq göstəricisinə görə ilk üçlüyü ABŞ (2758), Hindistan (2755) və Çin (2729) bölüşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.