CÜDO
-----------------
Kişi və qadın tatami ustalarının ölkə çempionatı keçiriləcək
15-17 dekabrda Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında seçmə xarakterli Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, üç gün davam edəcək bu yarışda həm qadınlar, həm də kişilər arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Çempionatın proqramına əsasən ilk günündə qadınlar arasında -48 kq. və -63 kq. çəkilərdə kişilər arasında isə -60 kq. və -81 kq. çəkilərdə, ikinci günündə qadınlar arasında -52 kq. və -70 kq., kişilər arasında -66 kq. və -90 kq. çəkilərdə, sonuncu günündə isə qadınlar arasında -57 kq., -78 kq. və +78 kq., kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəkilərdə qaliblər müəyyənləşəcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.