"Qarabağ" Şahruddin Maqomedaliyevlə müqavilə bağlanıb
Futbol üzrə Azərbaycan çempionu adını daşıyan "Qarabağ" klubu düşərgəsinə daha bir futbolçunu qatıb. Söhbət ötən mövsümü Türkiyənin "Adana Dəmirspor" klubunda başa vuran 30 yaşlı qolkiper Şahruddin Maqomedaliyevdən gedir. "Köhlən atlar" 2016-2023-cü illər aralığında da onun qapısını qoruyan və bir illik fasilədən sonra yenədən düşərgəyə dönən qapıçı ilə 1 illik müqavilə bağlayıb.
Bu arada "Qarabağ" Avstriyada UEFA Avropa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyan toplanışı başa vurub. Qeyd edək ki, iyulun 17-dək davam edən toplanış ərəfəsində "Qarabağ" keçirdiyi 4 yoxlama görüşünün 3-də qalib gəlib və birində məğlubiyyətlə üzləşib.
Bu arada Ağdam təmsilçisinin Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsindəki rəqibi də bəlli olub. Bu ilkin mərhələdə "Xamrun Spartans" (Malta) klubunu mübarizədən kənarlaşdırn "Linkoln" (Cəbəllütariq) klubudur. Yeri gəlmişkən, "Linkoln"la ilk oyun iyulun 23-də səfərdə, cavab oyunu isə iyulun 30-da Bakıda olacaq.
Xatırladaq ki, "Qarabağ" ötən mövsümə də məhz bu komandaya qarşı oyunla (birinci mərhələdə) başlamışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.