DQS-nın Quba mərhələsində yığmamızın və "Baku Fleymis"in qrup rəqibləri müəyyənləşib
Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının (DQS) "Quba" mərhələsində iştirak edəcək komandaların qrupları və oyun təqvimləri müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 20-21 iyul tarixlərində 3x3 basketbol üzrə "W Series" Quba mərhələsində ikisi Azərbaycan təmsilçisi (milli və "Baku Flames" klubu) olmaqla 8 komanda 2 qrupda mübarizə aparacaq.
A qrupu ("Baku Flames", Avstraliya, Niderland, Çin U-24 ), B qrupu (Çexiya Filippin, İran, "Düsseldorf Zoos")
Qeyd edək ki, "Quba" mərhələsinin açılış oyunu, təmsilçimiz "Baku Flames" klubu ilə Niderland millisi arasında baş tutacaq. Oyun 20 iyul saat 16:30 -dan etibarən CBC Sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq.
Yeri gəlmişkən, millinin heyəti Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenxauer və Mersedes Uolkerden ibarətdir. "Baku Flames"in heyətində isə Sali Əl-Xuri, Nailə Əlisultanova. Ləman İbrahimova və Yeva Nastakalova cəmləşib. "Baku Flames"in oyun təqvimi belədir:
20 iyul.
16:30 "Baku Flames" - Hollandiya;
18:10 "Baku Flames" - Çin U-24;
20:00 "Baku Flames" - Avstraliya.
Qeyd: Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar mübarizəni 1\2 finaldan davam etdirmək hüququ qazanacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.