Dünya Dostluq Oyunları 2025-ci ilə təxirə salınıb
Rusiyada keçirilməsi planlaşdırılan Dünya Dostluq Oyunları 2025-ci ilə qədər təxirə salınıb.
Bu barədə Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov məlumat verib.
“Dostluq Oyunları planlaşdırılırdı. Rəsmi olaraq mən bilirəm ki, bu oyunlar gələn ilə qədər təxirə salınıb”, - deyə Aqapitov Novosibirskdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idmançılar bu beynəlxalq yarışlara yönəlmişdilər, lakin indi təşkilatın təqvimində cüzi dəyişikliklər edilib. Turnirin təxirə salınmasından sonra ağır atletlər birgə təlim-məşq toplanışı və matç görüşləri keçirmək üçün bir sıra ölkələrə dəvət alıblar.
Ümumdünya Dostluq Oyunlarının bu ilin sentyabrında Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılırdı. Onlar Paris Olimpiadasına Rusiya alternativi olmalı idilər. Mart ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyadakı yarışı “siyasiləşdirilmiş” adlandıraraq, xarici idmançıları və digər hökumətləri Dostluq Oyunlarından imtina etməyə çağırıb. Rusiya tərəfi bu ittihamları rədd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.