Tomas Müller Almaniya yığmasındakı karyerasını bitirib
Münhen "Bavariya"sının 34 yaşlı forvardı Tomas Müller Almaniya millisindəki karyerasını bitirdiyini elan edib. O, bu arada Dünya Kubokunu başı üzərinə qaldıran zaman azarkeşlərin ona olan məhəbbətini hiss etdiyin də xatırlayıb.
"Mən ölkə yığmasında oynadığım üçün həmişə fəxr etmişəm. Biz hər zaman bir yerdə sevinmişik və bir yerdə də göz yaşları tökmüşük. Ona görə də bütün fanatlara təşəkkür edirəm və komandanın üzvələrinə sağol deyirəm. Bütün geridə qalan və ötən bu illər üçün çox sağolun" - Müller özünün YouTube kanalında belə deyib.
Qeyd: 34 yaşlı Müller 2010-cu ildən Almaniya millisində forma geyinib. Bu illər ərzində yığmanın heyətində 131 oyun keçirən Müller 45 qola imza atıb. O, Almaniya millisi ilə birlikdə 4 Avropa və eyni sayda dünya çempionatında iştirak edib. 2-14-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub. Almaniyanın ev sahibliyi etdiyi Avro-2024-də isə 1\4 finalda İspaniya millisinə məğlub (261, əlavə vaxtda) olaraq mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.