Argentina millisi Amerika Kubokunun qalibidir
Messi karyerasında 45-ci titulunu qazanıb
İyulun 15-də Mayamidəki (ABŞ) "Hard Rock Stadium"da baş tutan və 1:0 hesabla bitən Argentina - Kolumbiya final oyunu ilə futbol üzrə Amerika Kuboku turnirinə yekun vurulub. Görüşün taleyini həll edən yeganə qolun müəllifi 112-ci dəqiqədə (əlavə vaxt) argentinalı Covani Lo Selso olub. Bununla daiki il öncə keçirilən dünya çempionatının (DÇ-2020) qalibi indi də Amerika Kubokunu başı üzərinə qaldırıb. Bu eyni zamanda Argentina millisinin 37 yaşlı forvardı Lionel Messinin ölkə yığmasının heyətində qazandığı ikinci, ümumi peşəkar karyerasında isə 45-ci titulu olub.
Yeri gəlmişkən, həlledici final matçında zədə üzündən 66-cı dəqiqədə meydandan çıxan Messi turnirdə meydana çıxdığı 6 oyunda cəmi bir qolla yadda qalıb. O, eyni zamanda Amerika Kubokunun finallarında iştirak edən ən yaşlı futbolçu kimi də tarixə düüşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.