Çarlz III Avro-2024 finalından əvvəl İngiltərə komandasına müraciət edib
Böyük Britaniyanın kralı III Çarlz Avro-2024 finalı öncəsi İngiltərə futbol komandasına müraciət edib.
Bəyanat kral ailəsinin saytında dərc olunub.
III Çarlz özü, Kraliça Konsorti Kamilla və kral ailəsi adından milli komandanı Avropa çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. O, komandanı son dəqiqə möcüzə qolları və ya penalti dramaları olmadan həlledici matçda qalib gəlməyə çağırdı. "Mən əminəm ki, o zaman xalqın ümumi nəbzi və qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı düşəcək" deyib monarx.
İyulun 10-da baş tutan yarımfinal matçında İngiltərə yığması son dəqiqələrdə Hollandiyaya qalib gəlib. Dortmunddakı stadionda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Qaliblərin qollarına Harri Keyn (penalti) və Olli Uotkins imza atıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.