U-16 basketbol yığmamız AÇ-da növbəti qələbəsini qazanıb
Cəbəllütariqdə Azərbaycan komandası da daxil olmaqla 16 yaşlı qızlar arasında Avropa çempionatının C divizionunun qrup oyunları keçirilir. Ermənistan, Gürcüstan və Kipr millisi ilə birlikdə A qrupunda yer alan Azərbaycan yığması bu gün ikinci matçını Gürcüstan komandasına qarşı keçirib. Baş məşqçisi Evrin Alkayav olan millimiz Ermənistanla (86:59) ilk oyunda olduğu kimi ikinci matçda da rəqibini darmadağın edib - 97:40.
Bu qələbədən sonra qrup lideri olan Azərbaycan millisi sabah Kiprə qarşı keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq adını çempionatın yarımfinal mərhələsinə yazdırıb. Qeyd edək ki, birinci turda Gürcüstanı 48:47 hesabla məqlub edən Kiprlə yığmamızın sabahkı oyunu saat 12:30- da başlanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.