Sərbəst güləş üzrə U-20 yığmamız Avropada birinci olub
Serbiyanın Novi-Sad şəhərində 20 yaşlı gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Sərbəst güləş üzrə U-20 yiqmamiz qazanılan medalların (1-4-1) sayına və toplanan xalların sayına (132 xal) görə Azərbaycan komandası Avropada birinci olub. İkinci yeri 225 xalla Türkiyənin tutduğu çempionatda ilk üçlüyü 99 xalla Gürcüstan tutub.
Qazanılan medallara gəlincə, yeganə qızıl medalın sahibi Xetaq Karsanov (97 kq) olub. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərlinin (92 kq) aktivinə yazılıb. Çıxışını üçüncü yerdə başa vuran Yusif Dursunov (125 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, çempionatın əvvəlki günlərində 4 (0-1-3) medal qazanan yunan-Roma güləşi üzrə yığma komandamız Avropada üçüncü olub. Qızlardan ibarət U-20 yığmamız isə çıxışını Ruzanna Məmmədovanın qazandığı yeganə qızılla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.