"Baku Open-2024" şahmat turnirinə yekun vurulacaq
İyunun 29-da Bakı İdman Sarayında startı verilən və ümumi mükafat fondu 50 min dollar təşkil edən ənənəvi "Baku Open2024" beynəlxalq şahmat turnirinə bu gün keçiriləcək 9-cu turla yekun vurulacaq. Qeyd edək ki, 12 ölkəni təmsil edən 300-dən çox şahmatçının iki qrupda (A və B) isveçrə sistemi üzrə mübarizə apardiqi və FİDE-nin illik yubileyinə həsr olunan bu turnirdə artıq 8 tur geridə qalıb. Turnirin bitməsinə bir tur qalmış hərəyə 6,5 xal toplayan İran və Hindistan şahmatçısı yarış cədvəlinə şərikli liderlik edir. Liderlərdən cəmi yarım xal (0,5) geri qalan 16 şahmatçı isə müvafiq olaraq 3-18-cibyerləri bölüşürlər. Bunların arasında isə Azərbaycanın 10 təmsilçisi yer alıb.
Qeyd edək ki, bu gün saat 15:00-da son turun partiyalarına start veriləcək, saat 19:00-da isə turnirin bağlanış mərasimi olacaq.
Qeyd: Reqlamentə görə A qrupunda reytinq xalı 2100-dən yuxarı olan şahmatçılar, B qrupunda isə 12 yaşdan aşağı uşaqlar mübarizə aparırlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.